Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bildirib | 1news.az | Xəbərlər
Dünya

Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bildirib

20:55 - 15 / 11 / 2020
Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bildirib

ABŞ Prezidenti Donald Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bildirib.

1news.az APA-ya istinadən bildirir ki, bu barədə Donald Tramp özünün Twitter səhifəsində yazıb. Onun sözlərinə görə, Co Bayden yalnız yalançı qalibdir:

“Co Bayden yalnız feyk-nyusun gözündə qalib gəlib. Mən heç nəyi qəbul etmirəm! Bizim hələ qarşıda böyük yolumuz var. Bu, seçkilərin saxtalaşdırılması idi”.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Aparıcı Amerika KİV-ləri əldə olunan məlumatlar əsasında demokratların namizədi Co Baydenin qələbəsini elan edib. Bununla belə, hazırkı Prezident Donald Tramp öz qələbəsini məhkəmədə müdafiə etmək niyyətindədir.

1news.az

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər