Dünya birjalarında neftin bu günə olan qiyməti
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,08 dollar geriləyərək 43,67 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar ucuzlaşaraq 41,28 dollar olub.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,02 dollar ucuzlaşaraq 43,49 dollar təşkil edib.
Qeyd edək ki, “qara qızıl”ın qiyməti qlobal miqyasda koronavirusa yoluxma hallarındakı artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.
1news.az