KİV: Fransanın Mərakeşdəki baş konsulu intihar edib
Fransanın Mərakeşdəki baş konsulu Deni Fransua intihar edib.
Baş konsulu ölümü haqqında məlumat səfirliyin saytında yerləşdirilib, ölümün səbəbini isə "Le360" portalı açıqlayıb.
Səfirliyin məlumatında deyilir: "Fransa səfirliyinin bütün heyəti ailənin, doğma və yaxınların dərdinə şərik olduğunu bildirir və başsağlığı verir".
Portal qeyd edir ki, baş konsul mənzildə intihar edib, o özünü asıb.
İntiharın səbəbi barədə məlumat verilmir, lakin qeyd edilir ki, D.Fransua sentyabrın 15-i baş konsul vəzifəsinə təyin edildikdən dərhal sonra vəzifədən azad olunmasını istəyib.
Mənbə: Lenta.ru
597