Teymur Rəcəbov erməni şahmatçıya qalib gəldi – FOTO | 1news.az | Xəbərlər
İdman

Teymur Rəcəbov erməni şahmatçıya qalib gəldi – FOTO

23:05 - 23 / 11 / 2020
Teymur Rəcəbov erməni şahmatçıya qalib gəldi – FOTO

Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

S.Xankişiyeva

 

Paylaş:
1083

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər