Pediatr Nigar Mirzəyeva: “Lazımsız antibiotik istifadəsi uşaqlarda antibiotiklərə qarşı davamlılıq yaradır” – Həkim Məsləhəti | 1news.az | Xəbərlər
Müsahibə

Pediatr Nigar Mirzəyeva: “Lazımsız antibiotik istifadəsi uşaqlarda antibiotiklərə qarşı davamlılıq yaradır” – Həkim Məsləhəti

11:42 - 24 / 11 / 2020
Pediatr Nigar Mirzəyeva: “Lazımsız antibiotik istifadəsi uşaqlarda antibiotiklərə qarşı davamlılıq yaradır” – Həkim Məsləhəti

Qış aylarında artış göstərən xəstəliklərlə yanaşı, həkim tövsiyyəsi olmadan lazımsız antibiotik istifadəsi bütün dünyada olduğu kimi ölkəmizdə də geniş hal almaqdadır. Bu isə ciddi sağlamlıq problemlərini bərabərində gətirir. Xüsusilə uşaq orqanizmində antibiotiklərin həkim nəzarəti olmadan qəbulu nəticəsində yarana biləcək fəsadlar barədə suallarımızı Mərkəzi Gömrük Hospitalının pediatrı Dr.Nigar Mirzəyeva cavablandırıb.

Qeyd edək ki, Dr.Nigar Mirzəyeva 2016-cı ildən Mərkəzi Gömrük Hospitalında pediatr kimi çalışır. O, daim müxtlif yerli və beynəlxalq tədbirlərdə məruzəçi və dinləyici kimi iştirak edərək öz tibbi bilik və bacarıqlarını təkmilləşdirib.

Dr.Nigar Mirzəyeva 2017-ci ildə Türkiyənin Antalya şəhərində Milli Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Uşaqlarda qidalanma” kursunda və 61-ci Pediatriya konqresində, 2019-cu ildə Bakı şəhərində keçirilən Neonatologiya üzrə Azərbaycan-Türkiyə 3-cü Beynəlxalq Təlim kursunda və Azərbaycan Tibb Assosiasiyasının Pediatriya Dərnəyinin IX simpoziumunda uğurla iştirak edib. Eyni zamanda Yeditepe Üniversitetinin Xəstaxanasında pediatriya sahəsi üzrə təkmilləşdirmə kursu keçib.

Hər zaman öz üzərində çalışaraq pediatriya üzrə özünü təkmilləşdirən Dr.Nigar Mirzəyeva öz balaca pasiyentlərinin və onların valideynlərinin dərin sevgi və hörmətini qazanmış, yüksəkixtisaslı mütəxəssisdir.

- Nigar xanım, uşaqlarda antibiotiklərdən istifadə zamanı diqqət edilməli vacib məqamlarla bağlı suallarımızı cavablandırdığınız üçün öncədən Sizə təşəkkürümü bildirmək istərdim. Çünki bu müsahibə eyni zamanda bütün dünyada qlobal səviyyədə qeyd edilən 18-24 noyabr “Ümumdünya Antibiotiklərlə bağlı Maarifləndirmə Həftəsi”nə də birbaşa aiddir.

Bildiyiniz kimi hər il qış aylarında, havaların getdikcə soyuması, xüsusilə bağça və məktəb yaş dövrü uşaqların tez-tez xəstələnməsinə səbəb olur. Nəticədə bu zaman uşaqlar müxtəlif dərmanların, o cümlədən antibiotiklərin istifadəsinə məruz qalırlar. Məhz bu səbəbdən maraqlıdır ki, antibiotiklərdən istifadə ilə bağlı aparılmış tədqiqatlar bizə hansı məlumatları verir?

- Ümumdünya Səhiyyə Təşkilatının antibiotiklərdən istifadə ilə bağlı apardığı tədqiqatlar göstərib ki, antibiotiklər tənəffüs yolu infeksiyalarında 61.9% hallarda, tonzillit zamanı 29.85% hallarda və otit (orta qulağın iltihabı) 16.4% hallarda istifadə olunmuşdur. Ən çox istifadə olunan antibiotiklər isə amoksillin-klavukolant (64.17%), daha sonra ampisillin/sulbaktam (22.3%) və sefuroksim aksetil(13%) olmuşdur. Nəticədə müəyyən olmuşdur ki, antibiotiklər istifadə olunan xəstəliklər daha çox viral patogenlərlə bağlıdır və antibiotiklərin 50% hallarda istifadəsi lazımsızdır.

- Bəs doktor viral infeksiyalarda antibiotik istifadəsinə səbəb nədir?

- Viral infeksiyalar yəni viruslar vasitəsilə törədilən infeksiyalar zamanı uşaqlarda yüksək temperatur, boğaz ağrısı, öskürək, burun axıntısı müşahidə olunur. Simptomların bəzən ağır gedişi, qızdırmanın yüksək olması (39-40 dərəcə) və ikinci gündə davam etməsi valideynləri narahat edir. Nəticədə valideynlər bu zaman həkim məsləhəti olmadan antibiotiklərdən istifadə edirlər. Unutmamaq lazımdır ki, virusa bağlı şikayətlərdə simptomların davam etmə müddəti 5-7 gün bəzən isə 3 həftəyə qədər davam edə bilər. Əlamətlərin şiddətli olması antibiotik istifadəsi üçün səbəb deyil. Viral infeksiyalarda daha çox simptomatik müalicədən istifadə olunur. Yəni qızdırmasalıcı və ağrı kəsici dərmanlar, burun təmizləmə məhlulları, ağciyərlərin müayinəsində patoloji xırıtı yoxdursa öskürək əlehinə dərmanlar təyin olunur və bol mayedən istifadə tövsiyə edilir.

- Doktor qeyd etdiniz ki, bəzən valideynlər həkim məsləhəti olmadan antibiotiklərdən istifadə edirlər. Oxucularımıza uşaqlarda lazımsız antibiotik istifadəsinin zərərləri barədə məlumat verə bilərsiniz?

- İlk növbədə lazımsız antibiotik istifadəsi uşaqlarda antibiotiklərə qarşı davamlılıq yaradır. Bu isə xəstəliklərin müalicəsində həkimə çətinlik yaradır. Nəticədə ehtiyac olduğu təqdirdə həkim tərəfindən təyin olunan antibiotikə qarşı orqanizmdə davamlılıq yarandığı üçün müalicə prosesi gecikir. Bundan əlavə antibiotiklər qaraciyər və böyrəklər vasitəsilə orqanizmdən xaric olunduğu üçün uzun müddətli və lazımsız istifadə bu orqanların funksiyalarını pozaraq daha ağır hallara böyrək-qaraciyər çatışmazlığına səbəb olur. Həmçinin, orqanizmdə lazım olan faydalı bakteriyaların məhvinə gətirib çıxarır.

- Nigar xanım faydalı məlumatlara görə çox sağ olun. Doktor Sizin də qeyd etdiyiniz kimi antibiotiklərin həkim təyinatı olmadan istifadəsi ciddi fəsadlara səbəb ola bilər. Bəs hansı hallarda antibiotiklərin istifadəsi zəruridir?

- Bakterial infksiyalarda yəni bakterialar vasitəsilə törədilən infeksiyalarda - pnevmoniya, allergik olmayan bronxiolit, otit, sidik yolu infeksiyaları və bəzi bakteriyaların səbəb olduğu bağırsaq yolu infeksiyaları buna misal olar bilər. Bu hallarda antibiotiklərdən istifadə olunması zəruridir. Təbii ki, düzgün dozalanma və təyin olunmuş müddət əsasında həkim göstərişinə uyğun olaraq antibiotiklərdən istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. Mən xüsusilə antibiotiklərin istifadə müddətinə diqqətinizi cəlb etmək istərdim. Çünki bu çox vacib məqamdır. Bəzi antibiotiklər 3 gün, bəziləri isə 10-14 gün müddətində təyin olunur. Dövrümüzdə ən böyük yanlışlardan biri də klinik simptomlar antibiotik istifadəsinin ilk günlərində aradan qalxdığı üçün antibiotikin vaxtı tam tamamlanmadan dayandırılmasıdır. Bu xəstəliklərin təkrarlanmasına və daha da ağır gedişinə səbəb ola bilər. Buna görə də həkim tərəfindən təyin olunmuş dozalanmaya və müddətə mütləq valideynlər nəzarət etməlidirlər.

- Nigar xanım ümumiyyətlə antibiotiklərdən istifadə zamanı hər hansı əks təsir müşahidə oluna bilər? Ev şəraitində antibiotiklərdən inyeksiya şəklində istifadə edilməsi nə dərəcədə doğrudur?

- Antibiotik istifadəsi zamanı - anafilaktik şok yarana bilər. Bu hal daha çox pensillin qrupu antibiotiklərdə müşahidə olunur və bəzən xəstənin ölümünə belə səbəb ola bilir. Ona görə ev şəraitində əzələ daxili və vena daxili antibiotiklərin vurulması xüsusilə təhlükəli və qadağandır!

- Doktor, bəzən valideynlər profilaktik məqsədlə antibiotiklərdən istifadə edirlər. Profilaktik məqsədlə antibiotiklərin qəbulu nə dərəcə doğrudur və qoruyucu antibiotik istifadəsi hansı hallarda olur?

- Bəzən təkrarlayan sidik yolu infeksiyalarında, boğazda betta-streptokokkların törətdiyi angina nəticəsində ürəkdə yaranan miokardit və ya oynaq revmatizmlərində, aşağı imuniteti olan uşaqlarda az dozada profilaktik uzunmüddətli antibiotik müalicəsi aparılır. Amma əsla sağlam uşaqlarda xəstələnməsin deyə və ya xəstələyin gedişi daha da ağırlaşmasın deyə antibiotik istifadə etmək olmaz! Qısaca onu qeyd etmək istəyirəm ki, əgər valideynlər gələcək üçün sağlam övlad böyütmək istəyirlərsə lazımsız antibiotik istifadə etməməli və uşaqları ilə bağlı hər hansı şikayətləri olduqda mütləq şəkildə zamanında həkimə müraciət etməlidirlər.

1news.az

Paylaş:
2939

Sizin üçün xəbərlər

Son xəbərlər

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏR03 / 12 / 2024, 18:41Azərbaycan və İran XİN rəhbərləri görüşüb, əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO - YENİLƏNİB03 / 12 / 2024, 17:59
Bütün xəbərlər