Ərdoğan və Putin gələn il Türkiyədə görüşə bilər - Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla 2021-ci ildə iki ölkə prezidentinin görüşünün təşkil olunması məsələsini müzakirə edəcək.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu M.Çavuşoğlu Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun iclasında deyib.
O bildirib ki, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşü 2021-ci ildə Türkiyədə keçirilə bilər:
"Prezidentlərimiz arasında yaxın dialoq, qarşılıqlı etimad təkcə ikitərəfli deyil, həm də regional münasibətlərin inkişafına xidmət edir. Bu gün dövlət başçılarınını gələn il Türkiyədə görüşünün təşkil olunması məsələsini müzakirə edəcəyik".
1news.az
463