Dünyada koronavirusa yoluxanların sayı 441 mindən çox artıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 441 mindən çox artıb

09:21 - 29 / 12 / 2020
Dünyada koronavirusa yoluxanların sayı 441 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 441 mindən çox artıb.

1news.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 441 861 nəfər yeni koronavirusa yoluxub, 6 807 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 79 673 754, ölənlərin isə 1 761 381 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
473

Son xəbərlər

Bütün xəbərlər