Dünyada koronavirusa yoluxanların sayı 444 mindən çox artıb
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 444 mindən çox artıb.
1news.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 444 437 nəfər yeni koronavirusa yoluxub, 9 035 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 80 155 187, ölənlərin isə 1 771 128 nəfərə çatıb.
Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 18 972 813 nəfər. Siyahıda daha sonra Hindistan (10 224 303), Braziliya (7 484 285), Rusiya (3 105 037), Fransa (2 519 105), Böyük Britaniya (2 329 734), İtaliya (2 056 277), İspaniya (1 879 413), Almaniya (1 664 726), Kolumbiya (1 594 497), Argentina (1 583 927), və Meksika (1 383 434) gəlir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.