Əfqanıstanda hökumət avtomobili partladıldı: ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Dünya

Əfqanıstanda hökumət avtomobili partladıldı: ölən və yaralananlar var

14:43 - 31 / 12 / 2020
Əfqanıstanda hökumət avtomobili partladıldı: ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabulun rayonlarından birində baş verən partlayış nəticəsində ən az bir nəfər ölüb, iki nəfər yaralanıb.

1news.az xəbər verir ki, bu barədə "Ariana News" telekanalı polisə istinadən bildirib.

Məlumata əsasən, hadisə səhər saat 8 radələrində baş verib, ölkə hökumətinə məxsus avtomobil partlayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

1news.az

Paylaş:
611

Son xəbərlər

Bütün xəbərlər