QMİ sədri: 20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır | 1news.az | Xəbərlər
Siyasət

QMİ sədri: 20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır

14:21 - 20 / 01 / 2021
QMİ sədri: 20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır

20 Yanvar şəhidləri müstəqilliyimiz yolunda öz canlarını qurban veriblər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib.

O deyib ki, 44 günlük Vətən müharibəsi dövründə xalqımızın birliyi dəmir yumruğa çevrildi və şəhidlərimizin qisası alındı:

"Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə qələbə qazandı. Bu qələbənin qədrini bilməliyik".

Şeyxülislam qeyd edib ki, 20 Yanvar qırğınının baiskarları, o cümlədən Mixail Qorbaçov cəzasını almalıdır:

"Mixail Qorbaçov bu yaxınlarda açıqlama verdi, ikitərəfli danışdı".

S.Xankişiyeva

 

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər