Gürcüstanda karantin rejimi qismən yumşaldılır | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanda karantin rejimi qismən yumşaldılır

14:53 - 22 / 01 / 2021
Gürcüstanda karantin rejimi qismən yumşaldılır

Gürcüstan hökuməti COVID-19 virusuna qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunan xüsusi karantin rejiminin fevralın 1-dən qismən yumşaldılması barədə qərar qəbul edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, qərara əsasən fevralın 1-dən Batumi, Zuqdidi, Qori, Poti və Telavi şəhərlərində ictimai nəqliyyatın fəaliyyəti bərpa olunacaq.

Həmin şəhərlərdə məktəb və ticarət obyektləri də açılacaq.

Fevralın 1-dən Tbilisi, Kutaisi və Rustavi şəhərlərində də mağaza və ticarət mərkəzlərinin fəaliyyətinə icazə veriləcək. Bu şəhərlərdə məktəb və ictimai nəqliyyat işini martın 1-dən etibarən bərpa edəcək.

Fevralın 15-dən etibarən isə bütün şəhərlərdə qapalı və açıq bazarlar fəaliyyətə başlayacaq.

1news.az

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər