İrəvanda aksiya: Müharibədə iştirak etmiş könüllülər etiraz edirlər | 1news.az | Xəbərlər
Ermənistan

İrəvanda aksiya: Müharibədə iştirak etmiş könüllülər etiraz edirlər

17:32 - 22 / 01 / 2021
İrəvanda aksiya: Müharibədə iştirak etmiş könüllülər etiraz edirlər

İrəvanda Qarabağ müharibəsində könüllü döyüşə yollanmış bir qrup əsgər Ermənistan Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

1news.az xəbər verir ki, onlar döyüşlərdə iştirak etdikləri üçün təzminatların ödənməsini tələb edirlər.

Etirazçılar müdafiə naziri Vaqarşak Arutyunyanla görüşərək öz tələblərini çatdırmaq istədiklərini bildiriblər.

Onlardan birinin sözlərinə görə, Nazirlik rəsmisi təzminatların dekabrın 30-dək ödəniləcəyini bildirmişdi.

1news.az

Paylaş:
728

Son xəbərlər

Bütün xəbərlər