Serj Sarkisyan koronavirusa yoluxub | 1news.az | Xəbərlər
Ermənistan

Serj Sarkisyan koronavirusa yoluxub

14:43 - 28 / 01 / 2021
Serj Sarkisyan koronavirusa yoluxub

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, o, 17 yanvardan etibarən evdə karantindədir.

Qeyd olunub ki, sabiq prezident özünü yaxşı hiss edir və bütün görüşlərini və səfərlərini təxirə salıb.

Xatırladaq ki, ötən il noyabr ayında Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan koronavirusa yoluxaraq 58 yaşında ölüb.

S.Xankişiyeva

Paylaş:
858

Son xəbərlər

Bütün xəbərlər