Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı

15:55 - 28 / 01 / 2021
Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı

Azərbaycan Beynəlxalq Bankı müştərilərə daha bir imkan yaradıb.

Bankın partnyor alış-veriş mərkəzlərindəki yeni nəsil POS terminalları vasitəsilə indi ödənişləri nağd pul və bank kartı olmadan da aparmaq mümkündür. Ödəniş POS terminaldakı QR kod vasitəsilə birbaşa müştərinin hesabından aparılır. Bu imkan Azərbaycan Respublikası Mərkəzi Bankının bir neçə ay əvvəl istifadəyə verdiyi Ani Ödənişlər Sistemi çərçivəsində təmin edilib. Artıq Bakı və Abşeron rayonu üzrə “Neptun” mağazalar şəbəkəsində malların dəyərinin Azərbaycan Beynəlxalq Bankının yeni nəsil POS terminalları ilə rahat və təhlükəsiz şəkildə ödənişi uğurla sınaqdan keçirilib.

Ödənişlərin POS terminallarda QR kodla aparılması ən müasir nağdsız ödəniş üsullarındandır. Xüsusilə pandemiya dövründə gündəlik ödənişlərin tam təmassız, təhlükəsiz formada həyata keçirilməsi üçün bu, effektiv həlldir. Bu həll ödənişləri qəbul edən sahibkarlar üçün də əlverişli imkanlar yaradır. Belə ki, qəbul edilən ödəniş məbləği real rejimdə təsərrüfat subyektinin bank hesabına köçür. Beləliklə, həmin vəsaitdən dərhal istifadə etmək olur.

Xatırladaq ki, Mərkəzi Bankın “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində yaratdığı Ani Ödənişlər Sistemi (AÖS) ötən ilin oktyabrından istifadədədir. Bu sistem fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların bank hesabları üzərindən 24/7 rejimində istifadəçinin mobil telefon nömrəsi, email ünvanı kimi sadələşdirilmiş identifikatorlar vasitəsilə aparılmasına imkan verir. Yeni nəsil POS terminallarda QR kodla ödəniş isə Ani Ödənişlər Sisteminin yeni innovativ həllərindəndir.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: “Azərbaycan Beynəlxalq Bankı Ani Ödənişlər Sisteminin üstünlüklərindən faydalanaraq müştərilərə yeni nəsil POS terminallarla belə bir imkanı yaradan ilk bankdır. Bu yenilik yüksək müştəri məmnuniyyəti yaradacaq və ölkəmizdə nağdsız ödəniş ənənələrini daha da inkişaf etdirəcək”. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə bütün məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

 

Paylaş:
991

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər