Tərtərdə traktorçunun minaya düşməsi ilə bağlı araşdırma başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə traktorçunun minaya düşməsi ilə bağlı araşdırma başladı

16:51 - 28 / 01 / 2021
Tərtərdə traktorçunun minaya düşməsi ilə bağlı araşdırma başladı

Baş Prokurorluq Tərtərdə traktorçunun minaya düşməsi barədə məlumat yayıb.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, 28 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində traktorla yer şumlaması işləri apararkən tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
461

Son xəbərlər

Kəlbəcərə ilk köç olacaq

12 / 06 / 2025, 16:48
Bütün xəbərlər