İrəvanda mitinq: Hökumətin istefası tələb edilir
İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinq başlayıb.
1news.az bildirir ki, Respublika meydanında keçirilən mitinqə siyasətçilər, ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri qatılıb.
Aksiya iştirakçıları bütün vətndaşları mitinqə qatılmağa və baş nazirin istefasını tələb etməyə çağırıb.
Qeyd edək ki, N.Paşinyanın istefası tələbi ilə mitinqlər ötən ilin noyabrından davam edir.
1news.az
729