Dünyada koronavirusa yoluxanların sayı 468 mindən çox artıb
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 468 mindən çox artıb.
1news.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 468 808 nəfər yeni koronavirusa yoluxub, 12 856 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 99 864 391, ölənlərin isə 2 149 700 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 25 050 308 nəfər. Siyahıda daha sonra Hindistan (10 689 527), Braziliya (8 871 393), Rusiya (3 774 672), Böyük Britaniya (3 689 750), Fransa (3 029 792), İspaniya (2 629 817), İtaliya (2 485 956), Türkiyə (2 442 350) Almaniya (2 161 279), Kolumbiya (2 027 746) və Argentina (1 874 801) gəlir.
1news.az
680