Monitorinq mərkəzindəki şəxsi heyətə bu generallar rəhbərlik edir – ADLAR | 1news.az | Xəbərlər
Siyasət

Monitorinq mərkəzindəki şəxsi heyətə bu generallar rəhbərlik edir – ADLAR

12:15 - 30 / 01 / 2021
Monitorinq mərkəzindəki şəxsi heyətə bu generallar rəhbərlik edir – ADLAR

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə rəhbərlik edəcək şəxslərin adları açıqlanıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, monitorinq mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Qatırcı, rusiyalı şəxsi heyətə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

Qeyd edək ki, bu gündən etibarən Ağdamda birgə moinitorinq mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, dərzi və mağaza da var. Ərazidə generator, avtomobil daynacağı, iki ədəd idman şəhərciyi, ərzaq və soyuducu anbarlar yerləşir.

Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdır;lıb, sutkalıq mühafizə təşkil olunub.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin mühafizəsi Azərbaycan ordusu tərəfindən həyata keçirilir.

S.Xankişiyeva

 

Paylaş:
640

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər