Çörəyin qiyməti bahalaşıb? - Dövlət Xidmətindən CAVAB | 1news.az | Xəbərlər
Cəmiyyət

Çörəyin qiyməti bahalaşıb? - Dövlət Xidmətindən CAVAB

Qafar Ağayev12:39 - 25 / 02 / 2021
Çörəyin qiyməti bahalaşıb? - Dövlət Xidmətindən CAVAB

Son günlər bəzi KİV-də çörəyin pərakəndə satış qiymətinin artması barədə məlumatlar yayılır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən 1news.az-a bildirilib ki, çörəyin pərakəndə satışı bazarında, həmçinin əhali tərəfindən daha çox istehlak edilən “dairəvi zavod çörəyi”nin satışı zamanı sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə mütəmadi monitorinqlər aparılır. Monitorinqlər zamanı çörəyin pərakəndə satış qiymətində heç bir artım qeydə alınmayıb.

Qeyd olunub ki, Dövlət Xidməti nəzarət tədbirlərini davam etdirir:

"İstehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda istehlakçılardan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur (tel:498-15-01, 498-15-04)".

Paylaş:
1881

Son xəbərlər

Bütün xəbərlər