Binəqədidə evlərdən oğurluq edən şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə evlərdən oğurluq edən şəxs saxlanıldı

16:44 - 03 / 03 / 2021
Binəqədidə evlərdən oğurluq edən şəxs saxlanıldı

Binəqədi rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, ötən il noyabrın 14-də rayon ərazisindəki evlərin birindən 192 manat məbləğində pul və 440 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Məmmədov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Paylaş:
273

Son xəbərlər

Bütün xəbərlər