İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurdu | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurdu

S.Xankişiyeva17:35 - 05 / 03 / 2021
İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurdu

Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurdular.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.

Dövlət başçısı bildirib: "Biz hazırlıq dövründə əlbəttə ki, beynəlxalq vəziyyəti də öz xeyrimizə çevirməli idik. Çünki 1990-cı illərdə bilmirəm nədənsə, yəqin ki, bu da 1990-cı illərin əvvəlindən Xalq Cəbhəsi-Müsavat dövründən gələn bir fəsaddır, çünki onlar bir il ərzində demək olar ki, bütün ölkələrlə münasibətləri yerə vurdular. Bəzi ölkələrə qarşı iddialar irəli sürdülər, bizi bəzi qonşularımızla düşmən etdilər. Onlar idi günahkar, bunu biz açıq bilirik, onlar idi günahkar. Özlərini necə deyərlər, əlaltı kimi aparmaqla hesab edirdilər ki, özləri üçün bir sığınacaq yeri tapa bilərlər.

Ona görə biz bu yaranmış stereotipləri dağıtmalı idik. Nə üçün hesab olunmalıdır ki, hansısa ölkə Ermənistanla yaxın münasibətlərdədir, Azərbaycanla yox. Nə üçün? Dedim ki, baxaq görək nədir bunun əsasında, bir fundamental məsələ var, bir fundamental ixtilaf var? Yoxdur. Sadəcə olaraq, ambisiyalar, səriştəsizlik, ağılsızlıq və xaricdən idarə olunma. O siqnalları xaricdən alırdılar ki, bu ölkə ilə yaxınlaşma, bu ölkə ilə yaxınlaşmaq olmaz, bu ölkədən uzaq dur. Beləliklə, yaşadığımız bölgədə Xalq Cəbhəsi-Müsavat cütlüyü bizi təcrid etdi. Biz təcrid edilmiş vəziyyətdə idik, Ermənistan yox. Amma biz nəyə gətirib çıxartdıq? İndi Ermənistan təcrid edilmiş vəziyyətdədir, biz isə bütün qonşularla çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər qurduq və bu da bir hazırlıq idi. Mən bunu açıq demək istəyirəm, əgər bu sahədə hazırlıq işləri aparılmasaydı, İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi. Ermənistan isə özünü təcrid etdi.

Yəni, biz onları regional layihələrdən, neft-qaz layihələrindən təcrid etdik, onların iqtisadiyyatını çökdürdük və bunu qürur hissi ilə deyə bilərik, bunu hər bir müstəqil iqtisadi ekspert deyə bilər ki, bunun əsas amili bizik, Ermənistanı qeyri-müəyyən, qeyri-sabit və gələcəyi olmayan ölkə kimi təqdim etdik. İqtisadi çətinliklər artdıqca oradan köç daha da geniş vüsət almışdır. Demoqrafik problemlər yarandı və bu, özlüyündə iqtisadi bazarın daralmasına gətirib çıxardı. İqtisadi bazar dar olanda heç kim investisiya qoymayacaq.

Orada nəyə investisiya qoyacaq, əgər orada adam yoxdursa, pul yoxdursa? Sən bu investisiyanın gərək sonra pulunu çıxarasan, gərək bazar olsun investisiyaların pulunu çıxarmaq üçün. Bizdə isə əksinə. İnvestisiyalar böyük axınla gəlirdi, əhali artırdı, 10 milyona çatmışıq və baxın sovet dövründə bizim əhalimiz 7 milyon idi, Ermənistan əhalisi 3,5 milyon. İndi Ermənistan əhalisi 1,8, bizim əhalimiz isə 10 milyondur".

Paylaş:
289

Son xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22
Bütün xəbərlər