Hikmət Hacıyev: Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir

S.Xankişiyeva11:26 - 06 / 03 / 2021
Hikmət Hacıyev: Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir

“Məscidin dağıdılması ilə yanaşı, həm də təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Füzulinin Mərdinli kəndində diplomatik korpus nümayəndələrinə Ermənistanın törətdiyi dağıntılar barədə məlumat verərkən deyib.

"Mərdinli kəndinə gəlməyimizin əsas səbəblərindən biri bu kəndin dağıdılması ilə yanaşı bu kənddəki tarixi məscidin məhv edilməsini göstərməkdir. Gördüyünüz kimi, digər işğal edilmiş ərazilərdə şahid olduğumuz kimi, burda da görürük ki, bu məsciddən də heyvanların, donuzların saxlanması üçün istifadə edilib.

İndiyə qədər səfər edilən kəndlərdə yaşayış yerlərində də görmüsünüz ki, daş-daş üstündə qalmayıb. Bütün bunlar vandalizmin göstəricisidir. Məscidin dağıdılması ilə yanaşı onun təhqir edilməsi düşünürəm ki, bütün dinlərdə qəbuledilməzdir. Bu, Azərbaycan xalqına, həmçinin müsəlmanların hisslərinə təhqirdir", - o qeyd edib.

Prezidentin köməkçisi əlavə edib ki, digər ərazilər kimi bu kəndin ərazisi də piyadalar və tank əleyhinə minalarla kütləvi şəkildə çirkləndirilib: "Bu ərazilərin təmizlənməsi üçün ANAMA tərəfindən işlər aparılır, lakin 10 noyabr bəyanatından bu günə kimi 50-dən çox azərbaycanlı mülki şəxs və hərbçi bu minaların qurbanları olub".

H.Hacıyev bildirib ki, bütün bu dağıntılara baxmayaraq Azərbaycan tikinti və bərpa işləri aparır. O qeyd edib ki, səfər çərçivəsində Füzuli Hava Limanı və Füzulidən Şuşaya çəkilən əsas magistral yolla da tanışlıq olacaq.

Paylaş:
286

Son xəbərlər

Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11
Bütün xəbərlər