Abxaziyadan Qarabağa könüllü döyüşçülər göndərən Avidzba həbs edildi
Separatçı Abxaziya rejimi prezidentinin keçmiş köməkçisi, "Abxaz" ləqəbli Axra Avidzba Suxumidə həbs olunub.
1news.az musavat.com-a istinadən bildirir ki, bu barədə vəkilə istinadən "Exo Qafqaza" məlumat yayıb. Martın 4-də həbs olunan Avidzba qanunsuz silah saxlamada ittiham olur. Onunla yanaşı daha 5 nəfər həbs olunub. Həyat yoldaşının dediyinə görə, "həmin şəxslər onunla Donbasda rus dünyası uğrunda vuruşan yaxın dostlarıdır".
Elan olunan ittihama görə, o, 2 ildən 6 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Rəsmi ittihama görə, Suxumi rayonunun Qumitsa kəndindəki evlərində aparılan axtarış zamanı Avidzbanın evindən tank əleyhinə əldəqayırma qumbara, Rusiya və xarici ölkə istehsalı olan silahlar tapılıb.
Axra Avidzba Ukayna topaqlarının işğalında iştiak edib, Rusiyanın dəstəklədiyi Donetski separatçılarının səhra komandiri olub, göstərdiyi xidmətlərə görə, separatçılar ona "DNR qəhəmanı" adını verib.
Bundan başqa onun ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı vuruşan separatçılara yardım etməsi ilə bağlı şübhələr də var . İddia olunur ki, o, Abxaziyadan Qarabağa döyüşmək üçün dəstələr göndərilməsini təşkil edib. Hətta o, ötən il noyabrın 7-də özünün Facebook səhifəsində paylaşım da edib.
Həmin paylaşımda Qarabağdakı separatçı rejim rəhbərinin Abxaziyadan göndərilən döyüşçüləri qarşıladığını göstərən video paylaşıb və "AMŞEN" qrupu!!! "ali baş komandan şəxsən görüşüb" deyə yazıb.
2000-ci ildə "prezident köməkçisi" təyin olan A.Avidzba yaxun qohumunun öldürülməsindən sonra, ötən ilin noyabrında vəzifəsindən istefa verib. O, həm də Abxaziyada yaşanan siyasi bohanın aktiv iştirakçılarından hesab olunur.
1news.az