Qasparyan vəzifəsindən azad edildi | 1news.az | Xəbərlər
Ermənistan

Qasparyan vəzifəsindən azad edildi

S.Xankişiyeva10:06 - 10 / 03 / 2021
Qasparyan vəzifəsindən azad edildi

Ermənistan silahlı qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan martın 10-dan öz vəzifəsindən azad edilmiş sayılır.

APA-nın “Sputnik”ə istinadən xəbərinə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan hökumətinin saytında yayımlanan bəyanatında deyilir.

Bəyanatda qeyd edilib ki, Ermənistan Prezidenti bu məsələ ilə əlaqədar Baş nazir tərəfindən təqdim olunan fərman layihəsini imzalamadığı və qanunla müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etmədiyi üçün O. Qasparyan 10 mart tarixindən etibarən vəzifəsindən azad edilmiş sayılır.

Xatırladaq ki, Ermənistanda daxili siyasi böhran fevralın 25-də Silahlı Qüvvələrin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb etdikdən sonra daha da pisləşib. N. Paşinyan bunu çevriliş cəhdi kimi qiymətləndirib və Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb. Lakin Ermənistan Prezidenti Armen Sarkisyan bu sənədi imzalamayıb və Baş nazirlik aparatına geri qaytarıb.

N.Paşinyan sənədi təkrar Ermənistan prezidentinə göndərib, eyni zamanda Ermənistan Konstitusiya Məhkəməsinə müraciət edib. Ermənistan Prezidenti Baş Qərargah rəisinin azad olunmasına dair sənədlə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyib, bildirib ki, bu, hüquqi prosedur kimi baş nazirin səlahiyyətindədir.

Paylaş:
548

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər