İqtisadiyyat

Dünya birjalarında neftin bu günə olan qiyməti

12:26 - 08 / 04 / 2021
Dünya birjalarında neftin bu günə olan qiyməti

Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar geriləyərək 62,78 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,42 dollar ucuzlaşaraq 59,35 dollar olub.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,35 dollar ucuzlaşaraq 61,63 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

1news.az

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər

Next TV