Azay Quliyev: “Minsk üçlüyü heç nə olmamış kimi davranaraq Ermənistanın sözçüsü qismində çıxış edir” | 1news.az | Xəbərlər
Siyasət

Azay Quliyev: “Minsk üçlüyü heç nə olmamış kimi davranaraq Ermənistanın sözçüsü qismində çıxış edir”

Qafar Ağayev16:10 - 14 / 04 / 2021
Azay Quliyev: “Minsk üçlüyü heç nə olmamış kimi davranaraq Ermənistanın sözçüsü qismində çıxış edir”

“Təəssüf ki, Minsk Qrupunun həmsədrləri 30 illik zərərli təcrübəsini bərpa etmək istəyir”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı ,Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının işçi qrupunun rəhbəri Azay Quliyev deyib:

“Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri 13 aprel 2021-ci ildə ötən ilin noyabr ayında üçtərəfli bəyanatın imzalanmasından sonrakı vəziyyət barədə yeni açıqlama yayıblar.

Həmsədrlərin bəyanatında humanitar və təhlükəsizlik məsələləri, o cümlədən kommunikasiyaların açılması ilə bağlı müəyyən pozitiv məqamlar olsa da, onlar yenə də ənənəvi və zərərli təcrübələrinə istinad edərək köhnəlmiş və heç bir aktuallıq kəsb etməyən tezislərini bərpa etməyə çalışıblar”.

Deputat qeyd edib ki, bu bəyanatda ciddi narahatçılıq doğuran və erməni tərəfinin tezislərini açıq şəkildə büruzə verən bir neçə məqam var.

“Birinci, həmsədrlər bütün hərbi əsirlərin və saxlanılan şəxslərin qaytarılmasını istəyirlər. Hamıya bəllidir ki, Azərbaycan tərəfi müharibə dövründə əsir düşən və saxlanılan ermənilərin hamısını Ermənistana qaytarıb. Lakin anlaşılan odur ki, həmsədrlər müharibə başa çatandan sonra Ermənistanın Şirak rayonundan Azərbaycana terror məqsədi ilə göndərilən və 4 nəfər hərbiçimizi şəhid edən diversant qrupunun üzvlərini nəzərdə tuturlar. Yəni, bizim dəfələrlə açıqlama verib onların hərbi əsir olmadığını deməyimizə rəğmən, Minsk üçlüyü heç nə olmamış kimi davranaraq bu məsələdə Ermənistanın sözçüsü qismində çıxış edir.

İkinci, həmsədrlər bəyanatda Dağlıq Qarabağa gediş-gəlişə, o cümlədən beynəlxalq humanitar təşkilatların nümayəndələrinə qoyulmuş məhdudiyyətlərdən bəhs edirlər. Bu absurd fikri səsləndirməklə onlar həm özlərini gülməli vəziyyətə qoyurlar, həm də “10 noyabr üçtərəfli bəyanatı dəstəkləyirik” kimi mövqelərinin ziddinə çıxmış olurlar”.

“Digər tərəfdən cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı inzibati vahid mövcud deyil və kim ölkəmizə, xüsusilə münaqişənin təsirinə məruz qalmış ərazilərə gəlmək istəyirsə, buyursun, lazım olan hüquqi prosedurlara əməl edərək istədiyi yerə getsin” – deyə, deputat fikirlərinə əlavə edib:

“Hətta beynəlxalq təşkilatlar Xankəndinə humanitar yardım etmək istəyirsə, yenə də problem yoxdu, məsələni rəsmi Bakı ilə müzakirə edib razılaşdırsın. Yox, əgər həmsədrlər yenə də müharibədən əvvəlki qaydanı tətbiq edib, Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə istədikləri vaxt və Bakıdan icazə almadan gedib-gəlmək, özfəaliyyətlə məşğul olmaq istəyirlərsə, bu macəra artıq tarixdə qaldı və bundan sonra belə özbaşınalığa heç vaxt imkan verilməyəcək.

Üçüncü, həmsədrlər bəyanatlarında məsuliyyətsizcəsinə uzun müddətli sülhün əldə olunması üçün tərəflərə yaxşı tanış olan köhnə prinsiplərin dirçəldilməsinin vacibliyini qeyd edirlər. Bu fikir bir daha sübut edir ki, Minsk üçlüyü heç vaxt Cənubi Qafqazda sülhün və əminamanlığın olmasını istəməyib və indi də istəmir. Onlar heç bir aktuallığı qalmayan əvvəlki ritorikanı bərpa etməklə hələ uzun müddət heç bir faydası olmayan mandatlarını qorumağa və özlərinin uğursuz varlığını sürdürməyə çalışırlar. Bu fikirlər həm də Ermənistanda olan revanşist qüvvələr üçün əlavə bir stumul deməkdir. Bu, bəyanat həm də Ermənistan və Azərbaycan arasında gərginliyin daha da körüklənməsinə hesablanmış bir addımdır”.

A.Quliyev qeyd edib ki, bütün hallarda bu bəyanatı yersiz və reallıqdan uzaq bəyanat hesab edir və onun Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə rədd edildiyini bildirir.

“Səmimi etiraf edim ki, məndə az da olsa ümid vardı ki, Minsk Qrupunun həmsədrləri özlərinin 30 illik yarıtmaz fəaliyyətlərinin nəyə bais olduğundan və 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqlardan düzgün nəticə çıxararaq bu reallığa tamami ilə uyğun mövqe sərgiləmək üçün özlərində güc tapa biləcəklər. Ancaq görsənən odur ki, bu qrup özünü tamamilə tükədib və həmsədrlik institutunun Azərbaycan üçün heç bir maraqlı və cəzbedici tərəfi qalmayıb”.

Paylaş:
712

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər