Dünya paracüdoçuları Bakıda yarışacaqlar | 1news.az | Xəbərlər
İdman

Dünya paracüdoçuları Bakıda yarışacaqlar

13:41 - 23 / 04 / 2021
Dünya paracüdoçuları Bakıda yarışacaqlar

“IBSA JUDO GRAND PRIX BAKU 2021”-nin əhəmiyyəti nəzərə alınaraq paracüdo idman növü üzrə beynəlxalq Qran-Prinin Bakıda keçirilməsinə icazə verilib.

1news.az xəbər verir ki, 25 – 26 may tarixlərində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək yarışlara 40-dan çox ölkənin nümayəndələrinin qatılacağı gözlənilir. Bununla bağlı Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb.

Qeyd edək ki, Bakı Qran-Prisi Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına reytinq xalı qazandırır.

“IBSA JUDO GRAND PRIX BAKU 2021” ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçiriləcək.

1news.az

Paylaş:
688

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər