Bakı sakinlərinin nəzərinə: Gücləndirilmiş dezinfeksiya işləri aparılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakinlərinin nəzərinə: Gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Qafar Ağayev11:52 - 23 / 04 / 2021
Bakı sakinlərinin nəzərinə: Gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Bakıda geniş dezinfeksiya işləri aparılacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən 1news.az-a verilən məlumata görə sabah, aprel ayının 24-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Paylaş:
471

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər