AZƏRTAC-ın işğaldan azad edilmiş ərazilərimizdən hazırladığı məqalə TRT radiosunun saytında yerləşdirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AZƏRTAC-ın işğaldan azad edilmiş ərazilərimizdən hazırladığı məqalə TRT radiosunun saytında yerləşdirilib - FOTO

S.Xankişiyeva11:19 - 24 / 04 / 2021
AZƏRTAC-ın işğaldan azad edilmiş ərazilərimizdən hazırladığı məqalə TRT radiosunun saytında yerləşdirilib - FOTO

Türkiyənin TRT radiosunun saytı AZƏRTAC-ın “Erməni işğalçılarının viran qoyduğu yurd yerlərimiz” sərlövhəli məqaləsini fotolarla birlikdə yayıb.

Məlumatda təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin aradan qaldırılması, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan ordusunun rəşadətli qələbəsi və sonrakı proseslər barədə oxuculara müfəssəl məlumat verilir. Fotoların alt yazılarla təqdim olunması işğaldan azad olunan ərazilərdə törədilən vəhşiliklər barədə əyani təsəvvür yaradır.

Diqqətə çatdırılır ki, Azərbaycan müharibədən sonra erməni işğalçılarının törətdikləri ağlasığmaz vəhşilikləri və dağıntıları sənədləşdirir, videokameranın və fotoobyektivin yaddaşlarına köçürür. Bu işdə fəal iştirak edən AZƏRTAC-ın çəkiliş qrupu bir neçə aydır ki, işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və Xocavənd rayonlarının ərazilərində çəkilişlər aparır.

Məqalədə bildirilir ki, Azərbaycan dövləti törədilən bu cinayətlərə görə Ermənistanı beynəlxalq ədalət məhkəməsinə vermək niyyətindədir. Ona görə də işğaldan azad edilmiş ərazilərdən toplanan materiallar təkzibolunmaz dəlil-sübut kimi də istifadə edilə bilər.

Paylaş:
286

Son xəbərlər

Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00
Bütün xəbərlər