AFFA “Sabah” – “Neftçi” oyunu barədə araşdırma aparacaq
Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində keçirilən “Sabah” – “Neftçi” oyunu barədə araşdırma aparılacaq.
1news.az xəbər verir ki, bu barədə AFFA feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.
Bildirilib ki, matçın hakim-inspektoru tərəfindən təqdim olunacaq hesabata əsasən (hər oyundan sonra həyata keçirilən prosedura uyğun olaraq) qarşılaşmanın hakimlər briqadasının idarəçiliyi ilə əlaqədar AFFA-nın Hakimlər Komitəsi tərəfindən müvafiq araşdırma aparılacaq.
Qeyd edək ki, “Sabah”ın 3 futbolçusunun qırmızı vərəqə aldığı oyun 2:2 hesabı ilə başa çatıb.
1news.az
547