İlham Əliyev: Azad edilmiş ərazilərdə birinci hava limanı sentyabrda istismara veriləcək | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Azad edilmiş ərazilərdə birinci hava limanı sentyabrda istismara veriləcək

S.Xankişiyeva12:36 - 28 / 04 / 2021
İlham Əliyev: Azad edilmiş ərazilərdə birinci hava limanı sentyabrda istismara veriləcək

Tikintisinə bir neçə ay bundan öncə başladığımız birinci hava limanı sentyabrda istismara veriləcək.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 28-də “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edərkən deyib.

Prezident İlham Əliyev: Sizin də bildiyiniz kimi biz Azərbaycanda bir neçə hava limanı tikmişik və üç əlavə hava limanı da...

Stenli Dil: Tikilməkdədir?

Prezident İlham Əliyev: Bəli, işğaldan azad edilmiş ərazilərdə inşa olunacaq.

Stenli Dil: Bilirəm, bu, çox vacibdir.

Prezident İlham Əliyev: İki gün bundan əvvəl onlardan birinin təməlini qoydum. Tikintisinə bir neçə ay bundan öncə başladığımız birinci hava limanı isə sentyabrda istismara veriləcək.

Stenli Dil: İşlər çox sürətlə gedir.

Paylaş:
414

Son xəbərlər

Amin Novruzov vəfat etdi

05 / 09 / 2026, 13:38
Bütün xəbərlər