Paşinyanın kortejində qəza olub, xəsarət alanlar var | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanın kortejində qəza olub, xəsarət alanlar var

S.Xankişiyeva13:10 - 10 / 05 / 2021
Paşinyanın kortejində qəza olub, xəsarət alanlar var

Yerevanda Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın kortejinə daxil olan avtomobil qəza törədib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb. Qeyd olunur ki, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Bundan başqa, iki avtomobilin toqquşması zamanı mopedlə pitsa daşıyan kuryerə də ziyan dəyib.

Qəzanın təfərrüatları barədə məlumat verilmir.

Paylaş:
988

Son xəbərlər

Bütün xəbərlər