Putin COVİD-19-a qarşı hansı vaksini vurdurduğunu açıqlayıb | 1news.az | Xəbərlər
Dünya

Putin COVİD-19-a qarşı hansı vaksini vurdurduğunu açıqlayıb

S.Xankişiyeva14:21 - 30 / 06 / 2021
Putin COVİD-19-a qarşı hansı vaksini vurdurduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı hansı vaksini vurdurduğunu açıqlayıb.

1news.az-ın “İzvestiya” nəşrinə istinadla verdiyi xəbərə görə, Putin COVİD-19 virusuna qarşı “Sputnik V” vaksini ilə peyvənd olunduğunu bildirib.

“Rusiya Silahlı Qüvvələri “Sputnik V” vaksini ilə peyvənd olunur. Mən də Ali Baş Komandan kimi bu vaksinlə peyvənd olunmaq qərarına gəldim”, - deyə Rusiya Prezidenti vurğulayıb.

Paylaş:
596

Son xəbərlər

Bütün xəbərlər