İşıq üzrə gecə və gündüz tarifləri müəyyən edildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

İşıq üzrə gecə və gündüz tarifləri müəyyən edildi

17:49 - 30 / 06 / 2021
İşıq üzrə gecə və gündüz tarifləri müəyyən edildi

Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 28 noyabr 2016-cı il tarixli 17 nömrəli qərara dəyişiklik edilib.

1news.az xəbər verir ki, dəyişikliyə əsasən elektrik enerjisinin qiymətlərində gecə-gündüz rejimi tətbiq edilib. Beləliklə, bundan sonra elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib.

Qərar iyulun 1-dən qüvvəyə minir.

1news.az

Paylaş:
554

Son xəbərlər

Bütün xəbərlər