Əlillərin əl işlərinin sərgisi keçirilir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əlillərin əl işlərinin sərgisi keçirilir - VİDEO

15:15 - 01 / 07 / 2021
Əlillərin əl işlərinin sərgisi keçirilir - VİDEO

Azərbaycanın ilk İnklüziv İncəsənət Məktəbində əlilliyi olan tələbələrin əl işlərinin sərgisi açılıb.

1news.az Real TV-ə istinadən bildirir ki, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

4 saylı Bakı DOST mərkəzində yerləşən İnklüziv İncəsənət Məktəbində təşkil olunan tədbirdə əlilliyi olan şəxslərin müxtəlif sahələr üzrə əl işləri satışa çıxarılıb.

Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli bildirib ki, bu cür satış-sərgilərinin keçirilməsində məqsəd əlliliyi olan şəxslərin bilik və bacarıqlarının cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanlarına dəstək olmaqdır.

İyulun 2-dək davam edəcək satış-sərgidə 26 tələbənin 300-dən çox əl işi nümayiş etdiriləcək.

Qeyd edək ki, Azərbaycanın ilk İnklüziv İncəsənət Məktəbi Azərbaycan Respublikasının Birinci prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan "Əlilliyi olan qadınların" və "Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi" çərçivəsində yaradılıb.

1news.az

Paylaş:
245

Son xəbərlər

Bütün xəbərlər