Vaksinasiyaya görə lider olan ölkələrin adları açıqlandı | 1news.az | Xəbərlər
Dünya

Vaksinasiyaya görə lider olan ölkələrin adları açıqlandı

13:36 - 06 / 07 / 2021
Vaksinasiyaya görə lider olan ölkələrin adları açıqlandı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Seyşel Adaları Respublikası və Bəhreyn əhalisini yeni koronavirus infeksiyasına qarşı peyvəndləyən ölkələr sırasında liderdirlər.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu qiymətləndirməni "Bloomberg" agentliyi həyata keçirib.

Agentliyin rəsmi məlumatlara və bəyanatlara əsaslanaraq həyata keçirdiyi hesablamalara görə, 4 iyula qədər BƏƏ-də 15,5 milyon peyvənd vurulub. Bu, ölkə əhalisinin (təqribən 10 milyon nəfər) 72,3 %-ni infeksiyadan qorumaq üçün kifayət edir.

Seyşel adalarında təqribən 138 min vaksin vurulub və bunun əhalinin 71,7 %-ni əhatə etdiyi güman edilir. Təqribən 1,5 milyon əhaliyə sahib Bəhreyndə isə 2,7 milyon peyvənd vurulub. Bu isə əhalinin 69,7%-ni virusdan mühafizə etməyə kifayət edir.

Cari hesablamalar aparılarkən peyvəndin birinci və ikinci dozasının vurulması üçün tələb olunan preparatlar nəzərə alınıb.

"Bloomberg"in məlumatına əsasən, ümumilikdə 180 ölkədə 3,19 milyard peyvənd tətbiq edilib. Hesablamalara görə, bu, dünya əhalisinin təqribən 20,8% faizini əhatə edir. Yüksək gəlirli ölkələrdə peyvəndlənmənin 30 dəfə daha sürətli həyata keçirildiyi bildirilir.

1news.az

Paylaş:
445

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər