"Araz"ın Çempionlar Liqasında rəqibi bəlli olub | 1news.az | Xəbərlər
Futbol

"Araz"ın Çempionlar Liqasında rəqibi bəlli olub

17:58 - 07 / 07 / 2021
"Araz"ın Çempionlar Liqasında rəqibi bəlli olub

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələnin püşkü atılıb.

1news.az-ın məlumatına görə, Azərbaycan çempionu “Araz”ın rəqibləri bəlli olub.

Naxçıvan klubu avqustun 20-dən 25-dək keçiriləcək mərhələdə F qrupunda mübarizə aparacaq. Təmsilçimizin rəqibləri “Kambuksen Dinamo” (Finlandiya), “Raba” (Latviya) və “Europa” (Cəbəllütariq) olacaq. Bu qrupun matçları Latviyada keçiriləcək.

Qeyd edək ki, 8 qrupun qalibi və ən yaxşı 2-ci yer sahibi əsas mərhələyə yüksələcək.

1news.az

Paylaş:
965

Son xəbərlər

Bütün xəbərlər