AVRO-2020: İtaliya finalda! - VİDEO
İtaliya futbol komandası futbol üzrə Avropa Çempionatının yarımfinal matçında İspaniya millisini penaltılar seriyasında məğlub edib.
1news.az bildirir ki, görüş Londonun "Uembli" stadionunda keçirilib.
Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb. İtaliya yığmasının heyətində qolu Federiko Kyeza (60-cı dəqiqə) vurub. İspaniya komandasından qolu Alvaro Morato (90) vurub. Penaltılar seriyasında italyanlar daha dəqiq olublar - 4:2.
Final oyunu iyulun 11-də Londonda keçiriləcək.
AÇ-2020
Yarımfinal
6 iyul
İtaliya - İspaniya 1:1 (penaltilər 4:2)
Qol: F.Kyeza, 60 - A.Morata, 80.
Baş hakim: Feliks Brıx (Almaniya).
London. "Uembli" stadionu.
İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorentso, 3. Corco Kyellini (k), 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 13. Emerson, 14. Federiko Kyeza, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi.
İspaniya: 23. Unai Simon, 2. Sesar Aspilikueta, 5. Serxio Buskets (k), 8. Koke, 11. Ferran Torres, 12. Erik Qarsiya, 18. Jordi Alba, 19. Dani Olmo, 21. Mikel Oyarzabal, 24. Aymerik Laporte, 26. Pedri.
1news.az