MN: Ermənistan tank və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutur | 1news.az | Xəbərlər
Siyasət

MN: Ermənistan tank və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutur

Qafar Ağayev10:50 - 28 / 07 / 2021
MN: Ermənistan tank və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutur

Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilmişdir.

Bu Barədə 1news.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, buna baxmayaraq Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.

Paylaş:
771

Son xəbərlər

Bütün xəbərlər