Yunanıstan yığması Olimpiadadan kənarlaşdırılıb | 1news.az | Xəbərlər
İdman

Yunanıstan yığması Olimpiadadan kənarlaşdırılıb

12:54 - 03 / 08 / 2021
Yunanıstan yığması Olimpiadadan kənarlaşdırılıb

Sinxron üzgüçülük üzrə Yunanıstan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, buna idmançılarda koronavirusa yoluxması səbəb olub.

Öncədən üzgüçü xanımlardan birinin testi müsbət nəticə verib. Bu gün isə onun daha üç komanda yoldaşı eyni halla üzləşib.

Təşkilat Komitəsi sinxron üzgüçülük üzrə Yunanıstan yığmasının digər üzvlərinin də Olimpiya kəndini tərk edərək karantinə alınmasına qərar verib. Bu isə o deməkdir ki, yunanıstanlılar nə qrup, nə duetlərin yarışında qüvvəsini sınayacaq.

1news.az

Paylaş:
621

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər