Dünya rekordunu yenilədi, Olimpiya çempionu oldu
Tokio Yay Olimpiya Oyunlarında yüngül atletika yarışları davam edir.
1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, qadınların maneələrlə 400 m məsafəyə qaçışında medalçılar müəyyənləşib. Sidni Maklaflin (ABŞ) dünya rekordunu yeniləyərək (51.46), Olimpiya çempionu olub. Onun həmyerlisi Dalayla Muhammad (51.58) gümüş, Niderland təmsilçisi Femke Bol (52.03) isə bürünc medal qazanıb.
Qeyd edək ki, Sidni Maklaflin daha öncə də bu növdə dünya rekordunun (51.90) sahibi idi.
1news.az
462