Şabranda avtomobil yolunun tikintisinə 1,1 milyon manat vəsait ayrılıb - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Şabranda avtomobil yolunun tikintisinə 1,1 milyon manat vəsait ayrılıb - SƏRƏNCAM

S.Xankişiyeva15:53 - 05 / 08 / 2021
Şabranda avtomobil yolunun tikintisinə 1,1 milyon manat vəsait ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Şabran rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)–Padar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

- Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)–Padar avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 1,1 milyon (bir milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Paylaş:
713

Son xəbərlər

Şəmkirdə ev yanıb

16 / 08 / 2025, 17:43
Bütün xəbərlər