Qusarda avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb – SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Qusarda avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb – SƏRƏNCAM

S.Xankişiyeva15:29 - 06 / 08 / 2021
Qusarda avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev Qusar rayonunun Qusar–Qayakənd–Avaran–Xürəl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamla səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Qusar–Qayakənd–Avaran–Xürəl avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Paylaş:
480

Son xəbərlər

Sabahın havası açıqlandı

13 / 09 / 2025, 12:56
Bütün xəbərlər