Tokio-2020: Mariya Stadnik yarımfinala yüksəlib | 1news.az | Xəbərlər
İdman

Tokio-2020: Mariya Stadnik yarımfinala yüksəlib

S.Xankişiyeva09:20 - 06 / 08 / 2021
Tokio-2020: Mariya Stadnik yarımfinala yüksəlib

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Tunis təmsilçisi Sarra Hamdi ilə üz-üzə gəlib.

Rəqibinə vaxtından əvvəl 10:0 hesabı ilə qalib gələn Stadnik yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda yaponiyalı Yui Susakinin müqavimətini qırmağa çalışacaq.

Stadnik daha əvvəl rusiyalı Stalvira Orşuşu məğlubiyyətə uğradıb.

Paylaş:
516

Son xəbərlər

Bütün xəbərlər