Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutub | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutub

S.Xankişiyeva11:18 - 06 / 08 / 2021
Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutub

Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Paylaş:
682

Son xəbərlər

Bütün xəbərlər