Rəfael Ağayev Olimpiya Oyunlarında Azərbaycanın ilk gümüş medalını qazandı – YENİLƏNİB | 1news.az | Xəbərlər
İdman

Rəfael Ağayev Olimpiya Oyunlarında Azərbaycanın ilk gümüş medalını qazandı – YENİLƏNİB

S.Xankişiyeva17:14 - 06 / 08 / 2021
Rəfael Ağayev Olimpiya Oyunlarında Azərbaycanın ilk gümüş medalını qazandı – YENİLƏNİB

Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kiloqramadək çəki dərəcəsində finala yüksəlmiş azərbaycanlı karateçi Rəfael Ağayev italiyalı Luici Buza qarşılaşıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, R.Ağayev rəqibinə məğlub olub. Bununla da o, Azərbaycan adına Olimpiya Oyunlarının ilk gümüş medalını qazanıb.

Xatırladaq ki, karateçi qrup mərhələsində 3 qələbə, 1 məğlubiyyətlə 6 xal qazanaraq yarımfinala mərhələsinə yüksəlmişdi, yarımfinalda isə macarıstanlı rəqibini üstələmişdi.

12:56

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate üzrə yarışlar start götürüb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, 75 kiloqramadək çəki dərəcəsində azərbaycanlı karateçi Rəfael Ağayev ilk görüşdə almaniyalı rəqibi Nikolas Bitçlə qarşılaşıb.

O, rəqibini 2-1 hesabı ilə üstələyib.

Növbəti görüşlərdə karateçimiz Avstraliya idmançısı Tsuneari Yahiro, Qazaxıstan karateçisi Nurkanat Ajikanov və italiyalı Luici Buza ilə qarşılaşacaq.

Paylaş:
958

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər