Tokio 2020: Azərbaycan karateçisi finalda – YENİLƏNİB
Tokio 2020 Yay Olimpiya Oyunlarında Azərbaycan karateçisi İrina Zaretskaya qadınlar arasında 61 kiloqramdan yuxarı çəki dərəcəsində yarımfinalda çıxış edib.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, İ.Zaretskaya yarımfinal görüşündə Çin idmançısı Qon Liyə qalib gələrək finala çıxıb.
Karateçimiz qrup mərhələsində keçirdiyi 4 görüşdən 3-də qalib gələrək 6 xalla qrup lideri olub.
12:06
Azərbaycan milli komandasının Tokio-2020 Yay Olimpiya Oyunlarında daha bir medal qazanacağı dəqiqləşib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu mükafatı yarımfinala vəsiqə qazanan qadın karateçimiz İrina Zaretska təmin edib.
+61 kq çəki dərəcəsində yer alan dünya və Avropa çempionumuz B qrupunda keçirdiyi 4 döyüşün 3-də qalib gəlib, 1-də məğlub olub. 6 xal toplayan 25 yaşlı karateçi qrup birincisi kimi yarımfinala yüksəlib. Bu isə o deməkdir ki, Zaretskla Olimpiadada minimum bürünc medal qazanacaq.
Bununla Azərbaycanın Olimpiadadakı medal sayının ən azı 6-ya yüksələcəyi dəqiqləşib.
Qeyd edək ki, bunadək karateçi Rafael Ağayev (75 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb. Sərbəst güləşçi Hacı Əliyev (65 kq) isə finala yüksəlməklə özü üçün ən azı gümüş mükafatı təmin edib.
10:31
Tokio 2020 Yay Olimpiya Oyunlarında Azərbaycan karateçisi İrina Zaretskaya qadınlar arasında 61 kiloqramdan yuxarı çəki dərəcəsində yarışlara qələbə ilə başlayıb.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, İ.Zaretskaya qrup mərhələsinin ilk görüşündə yaponiyalı idmançı Ayumi Uekusaya 4-1 hesabı ilə qalib gəlib.
Karateçimiz qrup mərhələsində növbəti görüşlərini italiyalı Silviya Semeraro, qazaxıstanlı Sofya Berultseva və Meltem Hocaoğlu Akyola qarşı keçirəcək.
Xatırladaq ki, ötən gün azərbaycanlı karateçi Rəfael Ağayev 75 kiloqram çəki dərəcəsində gümüş medala sahib olub.