Azad edilmiş ərazilərdə yeni anbarların qışa hazırlığı yoxlanılıb – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Azad edilmiş ərazilərdə yeni anbarların qışa hazırlığı yoxlanılıb – VİDEO

S.Xankişiyeva11:12 - 07 / 08 / 2021
Azad edilmiş ərazilərdə yeni anbarların qışa hazırlığı yoxlanılıb – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərimizdə dislokasiya olunan hərbi hissələrin şəxsi heyətinin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq obyektlərin tikintisi davam etdirilir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış anbarlara baxış keçirib.

Əvvəlcə Müdafiə nazirinə buradakı inzibati və texniki ərazilərdə mövcud tikililər və inkişaf planı haqqında məlumat verilib.

Bildirilib ki, quru ərzaq məhsullarının və əşya əmlakının saxlanılması üçün tələb olunan qurğu və sistemlərlə təchiz edilmiş bir neçə anbar istifadəyə verilib.

Bundan başqa Müdafiə nazirinə işğaldan azad edilmiş ərazilərimizdə ərzaq və əşya əmlakı anbarlarının tikintisinin davam etdirilməsi barədə məruzə edilib.

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, hərbi hissələrin ərzaq təminatına nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının daha keyfiyyətli saxlanılması və hərbi qulluqçuların sosial-məişət şəraitinin daima yaxşılaşdırılması, eləcə də qışa hazırlıq işinin vaxtında yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Paylaş:
514

Son xəbərlər

“Qarabağ” Qəbələyə qalib gəlib,1/4 finala vəsiqə qazanıb04 / 12 / 2024, 17:58Gənc yazar dünyasını dəyişdi04 / 12 / 2024, 17:54Yasamal və Xəzər rayonlarının bir hissəsində qaz kəsiləcək04 / 12 / 2024, 17:45Ödənişli avtomagistrallarla bağlı yeni cərimələr müəyyən olunur04 / 12 / 2024, 17:42Santa Klausun izi ilə - Antalyanı bir də belə tanıyın - FOTO04 / 12 / 2024, 17:30“Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib04 / 12 / 2024, 17:29Məktəb yoldaşına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şagird saxlanılıb04 / 12 / 2024, 17:11Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb04 / 12 / 2024, 17:05Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək04 / 12 / 2024, 16:49ASAN könüllülərinin sayı 40 mini ötdü - FOTO04 / 12 / 2024, 16:45“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda - FOTO04 / 12 / 2024, 15:56Suriyada gərginlik artır: Müxaliflər irəliləyir, rejim əks hücuma hazırlaşır04 / 12 / 2024, 15:16Şuşada daha 48 ailəyə evlərinin açarı təqdim olunub - FOTO - YENİLƏNİB04 / 12 / 2024, 15:08Tacikistan Prezidenti İlham Əliyevə zəng edib04 / 12 / 2024, 14:59İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından 682 qram qızıl aşkarlanıb04 / 12 / 2024, 14:42İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib - FOTO04 / 12 / 2024, 14:30Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - DOSYE04 / 12 / 2024, 14:02Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülüb04 / 12 / 2024, 13:53Türkiyənin Antalya şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olub04 / 12 / 2024, 13:25ADY bu ilin 11 ayında baş verən toqquşmaların sayını açıqladı04 / 12 / 2024, 13:20
Bütün xəbərlər