Lionel Messinin PSJ-yə keçidi rəsmiləşib | 1news.az | Xəbərlər
Futbol

Lionel Messinin PSJ-yə keçidi rəsmiləşib

09:20 - 11 / 08 / 2021
Lionel Messinin PSJ-yə keçidi rəsmiləşib

“Barselona”dan yenicə ayrılan arentinalı futbol ulduzu Lionel Messinin PSJ-yə transferi rəsmiləşib.

1news.az xəbər verir ki, Fransa təmsilçisi bunu rəsmi saytı vasitəsilə bəyan edib.

Argentina millisinin kapitanı bu gün Parisə yollanıb və yeni komandası ilə 2+1 illik sazişə qol çəkib. 34 yaşlı oyunçunun Paris klubunda illik məvacibinin 35 milyon avro olacağı vurğulanıb. Leo PSJ-də 30 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Messi “Barselona” ilə müqavilə müddəti başa çatdığı üçün PSJ-yə azad agent kimi keçib.

1news.az

Paylaş:
869

Son xəbərlər

Bütün xəbərlər