Əfqanıstandakı Azərbaycan sülhməramlılarının ümumi vəziyyəti sabitdir - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Əfqanıstandakı Azərbaycan sülhməramlılarının ümumi vəziyyəti sabitdir - VİDEO

S.Xankişiyeva14:31 - 17 / 08 / 2021
Əfqanıstandakı Azərbaycan sülhməramlılarının ümumi vəziyyəti sabitdir - VİDEO

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlılarının ümumi vəziyyəti sabitdir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, sülhməramlılarımız hazırda onlar üçün müəyyən olunmuş sektorda mühafizə və müdafiə tapşırıqlarını yerinə yetirir.

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.

Paylaş:
449

Son xəbərlər

Bütün xəbərlər